İqtisadiyyat

Stiven Mann: “Boru kəmərləri ilə bağlı uğurlu layihələr Heydər Əliyevin enerji sahəsindəki irsidir”

Sharing is caring!


“İndiyədək uğurla həyata keçirilən, Azərbaycanı dünya bazarı ilə birləşdirən boru kəmərləri ilə bağlı layihələr Heydər Əliyevin enerji sahəsindəki irsidir”.

“Report” xəbər verir ki, bunu ABŞ-nin Avrasiya enerji diplomatiyası üzrə keçmiş əlaqələndiricisi Stiven Mann “Ümummilli lider Heydər Əliyevin xarici siyasət prioritetləri” adlı konfransda “Heydər Əliyev və enerji strategiyası” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Videobağlantı vasitəsilə konfrans iştirakçılarına müraciət edən S.Mann Heydər Əliyevin görkəmli şəxsiyyət olduğunu və məhz onun səyləri nəticəsində Azərbaycanın enerji sektorunda böyük uğurlar qazandığını qeyd edib:

“Heydər Əliyevlə ilk dəfə 1998-ci ildə Aşqabadda keçirilən konfransda tanış oldum. O, həqiqətən, milli, regional və beynəlxalq miqyasda lider idi”.

Onun sözlərinə görə, Heydər Əliyevin sayəsində Azərbaycanın enerji sektoruna milyonlarla dollarlıq investisiya yatırılmasının təməli qoyulub:

“Bu mənada “Əsrin müqaviləsi” çox gözəl nümunədir. Heydər Əliyevin investisiyaların təmin edilməsi ilə bağlı qərarlar qəbul etməsinin sürəti dərin təsir bağışlayır. Həmin illərdə Xəzər regionu xarici investorlar üçün naməlum bölgə idi. Lakin Heydər Əliyev qoyulan sərmayələrin sərfəli olacağı və qorunacağı ilə bağlı xarici investorlarda inam yaratmışdı. Bununla da o, Azərbaycanda neft-qaz və energetika sənayesinin gələcək inkişafı üçün zəmin yaradıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir