Cəmiyyət

Ədalətli mövqe

Sharing is caring!

Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında çox maraqlı məsələlərə toxunulub.Dövlətimizin başçısı deyib ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər. Bu gün çadırlarda oturub və kiməsə etiraz edilməsi komediya şousudur. Bu, sadəcə, lətifədir. Özünü “prezidentlər” adlandıran şəxslərin etiraz etməsi, oturaq tətil Azərbaycanda bəzi jurnalistlər tərəfindən zarafat mövzusu olub. Yəqin ki, növbəti mərhələdə “uzanan” tətil olacaq. Xankəndi xuntası Şuşada bir daşı daş üstə qoymayıb. Onların Azərbaycana qarşı, xalqımıza qarşı nifrəti normal insan psixikasına sığışmır. Qəbir daşlarını oğurlayıb orada azərbaycanlıların adlarını sildirib öz yaxınları üçün qəbir daşları kimi istifadə edirdilər. Azərbaycanlıların qəbirlərini qazıb orada ölülərin kəllələrindən qızıl dişlərini çıxararaq əridib bazarda satıblar. 60 min hektar meşə fondu ermənilər tərəfindən məhv edildi, doğranıldı və sonra parket kimi satıldı.

 Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin olunmuşdur. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik, onlar yenə də imtina etdilər. Üçüncü dəvət olmayacaq. Prezidentin dediyi kimi, biz utana biləcəyimiz və ya “bəli, bax, burada biz haqsızıq” deyəcəyimiz heç bir şey etməmişik.

 Sərhəddə nəzarət-buraxılış məntəqəsinin qoyulması postmünaqişə dövründə mühüm mərhələ idi və şəraiti əhəmiyyətli dərəcədə dəyişdi.. Azərbaycanın sözügedən təşəbbüsü tam olaraq legitimdir.

Minatəmizləmə prosesi ən böyük əngəldir. Minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Bu müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Azərbaycana təqdim olunmuş xəritələrin dəqiqliyi heç 25 faiz deyildi.

 Ölkəmiz ciddi səylər göstərir, tədbirlər həyata keçirir ki, minalardan azad olaq. Bizdə olan hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin isə bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Bizim yerli şirkətlərimiz və ANAMA minatəmizləmə fəaliyyətini beynəlxalq şirkətlərlə müqayisədə 8 və ya 10 dəfə ucuz həyata keçirir.

Azərbaycan öz hərbi üstünlüyünü hər zaman nümayiş etdirib. Fərrux əməliyyatı, 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində vəziyyət, 2022-ci ilin sentyabrında sərhəddə vəziyyət, habelə nəzarət-buraxılış məntəqəsinin açılışı üstünlüyümüzün sübutlarıdır. Öz müqəddəratının təyin olunması isə ərazi bütövlüyü prinsipini kölgədə qoymur.Ermənistan artıq müstəqil dövlət kimi mövcuddur. Biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri döyüş meydanında icra etməli olduq. Beynəlxalq hüququn fundamental prinsipləri var və onlara riayət olunmalıdır.

Elşad Quliyev,

Cəlilabad rayon Şükürlü kənd

tam orta məktəbinin direktoru     

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir