Araşdırma

Barəsində cinayət işi açılmış Gündüz Əliyev Sumqayt İcra hakimiyyətində necə işləyə bilir?

Sharing is caring!

Hamımıza məlumdur ki, cinayət işi açılan bir məmur necə öz vəzifəsində qala bilər?

Belə çıxır ki, Gündüz Əliyevi qoruyan onun havadarı Sumqayt icra hakimiyyətinin başçısı Zakir Fərəcovdur.

Cinayət məcəlləsinin detalları:


Külli miqdarda mənimsəmədə təqsirləndirilən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Gündüz Əliyev, onunla birgə ittiham olunan “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinin sabiq baş mühasibi Gülnarə Bayramova və tanışları – Elxan Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və cinayət işi məhkəmə baxışı sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi materiallarına əsasən, Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdikləri 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.

Köçürülmüş pul vəsaitinin bir hissəsi, yəni 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırılmaqla mənimsənilib.

Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələri ilə yekun ittiham elan edilib.

Onu da qeyd edək ki, Gündüz Əliyev bu il mart ayında Sumqayıt İcra Hakimiyyətinin başçısı əmri ilə icra başçının müavini, həmçinin İH-nin şəhər təsərrüfatı şöbəsinin müvəqqəti müdiri vəzifəsindən azad olunub.

Hazırda Sumqayıt İcra hakimiyyətinin məsul işçilərindəndir.

Bununla yanaşı məsələ belədir ki, hal hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı rəsmi olaraq Zakir Fərəcovdur. Lakin onun səhhətində son zamanlar yaranmış problem səbəbindən davamlı olaraq, işə gedib-gələ bilmədiyi deyilir. İddalara görə, Fərəcov xeyli müddətdir xəstəlikdən əziyyət çəkir və mütəmadi olaraq, Almaniya və ya İsraildə müalicə alır. Hətta o da bildirilir ki, icra başçısı ötən ilin sonlarına yaxın əməliyyat belə olunub. Elə bu səbəbdən də Zakir Fərəcovun əksər rəsmi tədbirlərə qatılmadığı, işdə isə yalnız günün birinci yarısı gəldiyi deyilir.

Qayıdaq, Sumqayıtın idarəçiliyinin kimin əlində olması məsələsinə. Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının faktiki olaraq bir neçə müavinləri var. Müxtəlif sahələr üzrə təyinat almış müavinlər icra başçısı olmadığı təqdirdə, şəhərin idarəçiliyini həyata keçirməlidirlər. Lakin faktiki olaraq, Sumqayıtın idarəçiliyini İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev reallaşdırır.

Xəbəral.az -a verilən məlumatlarda deyilir ki, Gündüz Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridir. Son zamanlar isə o, bir il bundan öncə vəfat etmiş və postu hələ də boş qalmış müavinlərdən birinin səlahiyyətlərini icra edir. Məlumatlara görə, Əliyev bir ildir ki, müavin olmaq üçün çalışır və bu məqsədlə bir sıra idarəetmə işlərini həyata keçirir. Hətta onun təqdimatının iki dəfə Prezident Admnistrasiyasından geri qaytarıldığına dair xəbərlər də var. Məlumata görə, admnistrasiya Gündüz Əliyevin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə məqbul hesab etmir.

Qeyd edək ki, Gündüz Əliyev tez-tez bu məsələdən şikayətlənərək, müavin ola bilməməsinin günahını ayrı-ayrı adamlarda axtarır. Hətta İcra Hakimiyyətində çalışan adi işçilərdən belə şübhələnir. Lakin bu problemin yaranmasına səbəb heç də hansısa məmur və ya işçi deyil. Əsas səbəb Gündüz Əliyevin Sumqayıt şəhərindən olan Qazilərlə yola getməməsi və adının bir sıra qalmaqallara qarışmasıdır. Məlumatlı mənbələrin dediyinə görə, hələ ötən il bir qrup Qazini qəbul edən Gündüz Əliyev ilk dəfə onlara müxtəlif vədlər verərək, yola salıb. Lakin bir müddət sonra həmin Qazilər vədlərin yerinə yetirilmədiyi səbəbindən təkrar şöbə müdiri ilə görüşməyə cəhd edirlər. Bu zaman Gündüz Əliyev onlarla kobud davranaraq, qəbul otağından çıxarılmaları barədə göstəriş verib. Həmin vaxt məsələnin sədası Prezident Admnistrasiyasına qədər gedib çatıb. Elə həmin zamandan onun müavin olmaq arzusu xəyala çevrilib.

Lakin Gündüz Əliyevin son bir neçə ayda az qala icra başçısının funksiyasını da mənimsəyərək, bütün sahələrin işinə müdaxilə edir. Şəhərdə daşı daşın üstünə qoymaq üçün də onun icazəsi və “razılığı” alınmalıdır. Həmin “razılığın” alınması isə ayrıca bir həngamədir.

Günüdüz Əliyev bununla yanaşı bir neçə sahibkarı Sumqayt icra başçısından narazı salaraq onların işlədiyi pulları verilməməsinə səbəbkardır.

Deyilənə görə, cinayət işi açılmış Gülnarə Bayramova Gündüz Əliyevin bacısıdır.

Xatırladaq ki, Gündüz Əliyevin novbəti məhkəmə prosesi 12 Sentyabr 2023- ci ilədədir.

Mövzuya qayıdacağıq…

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir