Cəmiyyət

Gənc Mühasiblər İctimai Birliyinin USAID-in maliyyə dəstəyi ilə icra etdiyi layihəsi yekunlaşdı – FOTO

Sharing is caring!


Gənc Mühasiblər İctimai Birliyinin USAID-in maliyyə dəstəyi ilə icra etdiyi “Qadınların Milli Biznes Gündəliyinin (QMBG) İctimai Vəkilliyi: Sahibkar və işçi qüvvəsində olan qadınların dəstəklənməsi” layihəsi yekunlaşıb.

Belə ki, layihənin əsas məqsədi QMBG-ni əhatə edən tövsiyələrin maarifləndirilməsini və müzakirəsini təmin etmək, bununla əlaqədar olaraq Dəyirmi Masa keçirmək, tövsiyələrin nəticələnməsinə nail olunmasına dəstək göstərməkdir.

Layihə çərçivəsində, 21 iyul 2023-cü il tarixində Dövlət – Özəl sektor – QHT Əməkdaşlığı Platforması tərəfindən müvafiq mövzuda dövlət qurumları, özəl sektor və QHT nümayəndələrinin iştirakı ilə Dəyirmi Masa keçirilib. Tədbirin açılış mərasimi Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyevanın çıxışı ilə başlayıb. Daha sonra layihə və müzakirə olunacaq tövsiyələrlə bağlı Gənc Mühasiblər İctimai Birliyinin layihələr üzrə koordinatoru Selcan Əlibəyova təqdimat edib.

Tədbirdə Dövlət Vergi Xidməti Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov və Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayevin moderatorluğu ilə vergi məsələləri və Əmək Məcəlləsi üzrə məsələlər müzakirəyə açıq elan edilib. Dövlət Vergi Xidmətinin nümayəndəsi Əhməd Əhmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Fuad Heydərov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Lətifə Əsədova, AR Hesablama Palatasının nümayəndəsi Vüqar Əliyev, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin nümayəndəsi Tural Abbasov, Dövlət Statistika Komitəsinin nümayəndəsi Sevinc Fəttahova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Xumar İlqarqızı, Auditorlar Palatasının nümayəndəsi Nəcəf Talıbov, USAİD-in nümayəndəsi Elsevər Quliyev, vergi məsələləri üzrə ekspert Anar Bayramov, Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Ülkər Məmmədova, QHT nümayəndələri Zenfira Ağayeva, Nailə İsmayılova, İradə Rizazadə, Zaur İbrahimli, Yeganə Tağıyeva, Fariz Əkbərov təqdim olunan  tövsiyələrə fikirlərini bildirməklə yanaşı, öz təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra yekunda problemlərin həlli üçün təkliflər müvafiq qurumlara təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir