Cəmiyyət

18 yaşlı sürücü qəza törətdi: Ölən və yaralananlar var

Sharing is caring!


Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, 2005-ci il təvəllüdlü Fərhad Quliyev “Mercedes-Benz” markalı avtomobildə idarəetməni itirib. 

O, xəstəxanada vəfat edib. Avtomobildə olan üç nəfər isə xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda baş verib:

“Mercedes” markalı avtomobilin sürücüsü, 2005-ci il təvəllüdlü Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb. Xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq sürücü orada vəfat edib. Faktla bağlı cinayət işi başlanılıb”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir