Cəmiyyət

Zaqatalada avtomobil ağaca çırpıldı: Xəsarət alanlar var

Sharing is caring!


Zaqatalada baş verən yol qəzasında ər-arvad xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisndən keçən hissəsində baş verib.

Hərəkətdə olan VAZ 21099 markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər – Balakən rayonu Katex kənd sakinləri, 1984-cü il təvəllüdlü Müzəffər Zülfüqar oğlu Osmanov və onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Vüsalə İbrahim qızı Osmanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir