MARAQLI

Türkiyənin məşhur aktrisası evlənir: Toy tarixi məlum oldu – FOTO

Sharing is caring!


“Eşkiya dünyaya hökmdar olmaz” serialındakı Meryem Çakırçeyli obrazı ilə hər kəsin qəlbinə yol tapan Deniz Çakır ərə getməyə hazırlaşır.

Bu barədə jurnalist Birsen Altuntaş aktrisaya yaxın mənbəyə istinadla xəbər verib.

Bildirilir ki, şəxsi həyatını ictimaiyyətdən uzaq yaşamağa üstünlük verən Çakır bir ilə yaxındır birlikdə olduğu IT mütəxəssisi Bilgehan Baykalla evlənmək qərarına gəlib. Cütlük sentyabrın 10-da Kəmərburqazda nikah masasına əyləşəcəklər.

Qeyd edək ki, “Yaprak dökümü” serialındakı Ferhunde rolu ilə məşhurlaşan aktrisa, “İffet”, “Muhteşem Yüzyıl”,  “Yasak”, “Vurgun”, “Masumiyet” və sair seriallardakı rolları ilə də adından söz etdirib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir