Cəmiyyət

Zaqatalada tövlə və iribuynuzlu heyvan yanıb – FOTO

Sharing is caring!


Zaqatalada 12 ton ot bağlaması və bir baş iribuynuzlu heyvan yanıb.

APA-nın məlumatına görə, rayonun Lahıc kəndində, kənd sakini Habil Məhəmməd oğlu Bayramovun yaşadığı evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 120 kvadratmetr olan mal tövləsində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqtala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları, tövlənin çardağına yığılmış 12 ton quru ot bağlaması yanıb, bir baş iribuynuzli heyvan isə tələf olub. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir