Cəmiyyət

Bakının küçə və prospektlərində nişanlanma xətləri pozulub – AÇIQLAMA + FOTO

Sharing is caring!


Paytaxtın bir sıra küçə və prospektlərində nişanlanma xətləri pozulub.

Oxu.Az xəbər verir ki, yol nişanlanma xətləri, nəqliyyatın sıxlığının və yol ayrıclarında avtomobillərin hərəkət axınına maneə törətməsinin qarşısını almaq məqsədilə çəkilən sarı torlar da görünmür.

Sözügedən yol nişanlanmalarına kim nəzarət edir? Ümumiyyətlə bu nişanlanmalar hansı müddət aralığında yenilənməlidir?

Məsələ ilə bağlı Oxu.Az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Agentlikdən bildirilib ki, küçə və prospektlərdəki yol nişanlanma xətlərinin, o cümlədən sarı tor nişanlanma xətlərinin yenilənməsi mütəmadi olaraq aparılır:

“Qeyd etdiyiniz yol kəsişmələrindəki nişanlanma xətlərinin də yenilənməsi iş planına salınıb”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir