Siyasət

“Haber Global”: “Azərbaycan Qərbin ikili standartlarına göz yummadı” – VİDEO

Sharing is caring!


Azərbaycan nümayəndə heyəti etiraz əlaməti olaraq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasını tərk edib.

Bununla bağlı Türkiyənin “Haber Global” kanalı süjet hazırlayıb.

Bildirilir ki, Azərbaycan Qərbin ikili standartlarına göz yummadı, təşkilatda mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldi.

Süjetdə respublikamızın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun fikirlərinə də yer verilib və onun “dünyada heç kim Azərbaycanla təhdid və şantaj dilində danışa bilməz” sözləri xatırladılıb.

Ətraflı “Haber Global”ın süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir