Cəmiyyət

Bərdədə traktordan yıxılan gənc həlak oldu

Sharing is caring!


Bərdədə traktorun yedəyindən yıxılan gənc ölüb.

“Report”un xəbərinə görə, hadisə rayonun Lənbəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Xaqani Qasımovun idarə etdiyi “T 28X4 MS” markalı traktorun yedəyində sərnişin qismində əyləşən 2007-ci il təvəllüdlü Davud Saleh oğlu Paşayev yıxılıb. Sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir