Cəmiyyət

İsmayıllıda “Media və din” adlı üçgünlük seminar öz işini davam etdirir – FOTO

Sharing is caring!


İyulun 19-da İsmayıllıda mətbuat nümayəndələri üçün keçirilən “Media və din” adlı üçgünlük seminar öz işini davam etdirib.

Oxu.Az xəbər verir ki, seminarda Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, ədəbi tənqidçi, yazar Əsəd Cahangirin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, jurnalist Yadigar Məmmədlinin məruzələri dinlənilib.

Daha sonra tədbir müzakirələrlə davam etdirilib. Müzakirələr zamanı ekspertlər və mətbuat nümayəndələri arasında seminarın mövzusuna uyğun olaraq maraqlı fikir mübadiləsi aparılıb, Yeni Azərbaycan qəzetinin müxbiri Müşfiqə Bayramlının, Nöqtə qəzetinin baş redaktoru Tural İrfanın, “azadmedia.az” saytının baş redaktoru Elnurə Abuşovanın, “Oxu.Az” saytının müxbiri Aqşin Kərimovun, “modern.az” saytının müxbiri Ayət Abdullayevin, 525-ci qəzetin şöbə müdiri Aytac Məmmədovanın, SƏS Media Qrupun müxbiri İnam Hacıyevin, AZƏRTAC-ın müxbiri Elmir Səftərovun və digər jurnalistlərin sualları cavablandırıb, təklifləri dinlənilib.

Media nümayəndələri tərəfindən belə tədbirlərin gələcəkdə daha sıx və davamlı olaraq keçirilməsi təklif olunub.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir