İdman

Çaxnaşma: “Mançester Yunayted”in satılması niyə ləngiyir?

Sharing is caring!

“Mançester Yunayted”in satılması prosesi ləngiyir.

İngiltərə Premyer Liqası təmsilçisinin sahibi olan Qleyzer ailəsi klubu güzəştli qiymətə satmağa razıdır. Lakin məsələ ailə üzvləri arasında çaxnaşmaya səbəb olub. Hazırda onların bəzi tərəddüdləri var və altı ailə üzvünün hər birinin satışla bağlı planları fərqlidir.

Bu baxımdan “Mançester Yunayted”in tezliklə satılması çətindir. Ancaq prosesin mövsümün sonunda yekunlaşması mümkündür.

Daha əvvəl bildirilmişdi ki, Qleyzerlər təxminən altı milyard funt-sterlinqə klubu satmağa razıdırlar. Hazırda Qətər şeyxi Həməd bin Casim və britaniyalı milyarder Cim Retkliff klubu almağa iddialıdırlar. Onlar 4,5 milyard avro təklif edirlər.

“Mançester Yunayted”in potensial alıcılarının təkliflərini irəli sürmələri üçün son tarix fevralın 17-si müəyyənləşdirilmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir