Cəmiyyət

Gözəllik salonlarında QİÇS-ə yoluxma riski yüksəkdir – AÇIQLAMA

Sharing is caring!


“Gözəllik salonlarında alətlərin steril olmasına diqqət edilməsi vacibdir. Çünki bu obyektlər yoluxma baş verə biləcək ehtimalların yüksək olduğu məkanlardan biridir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində sualları cavablandıran Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib. 

O bildirib ki, manikür, pedikür zamanı birdəfəlik istifadəyə üstünlük verilməsi yaxşıdır:

“Bunu salonlardan tələb etmək mümkün deyil. Odur ki, xanımlara sterilliyinə əmin olduqları gözəllik salonlarına müraciət etmələri, ya da manikür, pedikür dəstlərini özləri ilə aparmaları tövsiyə edilir. Çünki bu infeksiyalar qan vasitəsilə keçir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir