Cəmiyyət

Goranboyda daxmanı xatırladan məktəb təhlükə saçır – FOTO

Sharing is caring!


Goranboy rayonunda məktəb qəzalı vəziyyətə düşüb.

Oxu.Az-ın məlumatına görə, valideynlər uşaqlarının yararsız vəziyyətdə olan rayonun Boluslu kənd tam orta məktəbində oxumalarından ciddi narahatdırlar.

Belə ki, onlara məktəbin təmir olunacağı bildirilsə də, heç bir addım atılmayıb. 

Daxmanı xatırladan tikilinin içərisi də acınacaqlı vəziyyətdədir və təhlükə saçır.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.


İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, ümumtəhsil məktəblərinin təmir və tikintisi növbəlilik əsasında həyata keçirilir:

“Goranboy rayon Boluslu kənd tam orta məktəbinə baxış keçirilib. O, qəzalı məktəblər siyahısına daxil edilib. Maliyyə vəsaiti ayrılacağı zaman müvafiq tədbirin həyata keçiriləcəyi gözlənilir”.

Qeyd edək ki, Azərbaycanda 800-dən çox məktəb qəzalı vəziyyətdədir.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir