Cəmiyyət

Dənizdə batma təhlükəsi ilə üzləşmiş 36 yaşlı kişi xilas edildi – VİDEO

Sharing is caring!


Bakıda dənizdə batma təhlükəsi ilə üzləşmiş 36 yaşlı kişi xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda ən yaxın xilasetmə məntəqəsindən 600 metr aralı, nəzarətsiz ərazidə 1 nəfər vətəndaşın dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1987-ci il təvəllüdlü Samir Aslan oğlu Əsgərov dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir