Cəmiyyət

Qubada qanunsuz kömür quyusu aşkarlanıb

Sharing is caring!


Qubada qanunsuz kömür quyusu aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkar edilib.

Qanunsuz kömür istehsal edənin rayonun Möhüc kənd sakini Faiq Şixəliyev olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir