Dünya

Mehman Məmmədov MMA-da 20 saniyəyə nokautla qalib gəlib – VİDEO

Sharing is caring!


Azərbaycanın MMA döyüşçüsü Mehman Məmmədov Yaponiyanın Osaka şəhərində keçirilən “Rizin 41” turnirində qələbə qazanıb.

“Report”un məlumatına görə, o, yerli idmançı Yusaku Nakamura ilə qarşılaşıb.

Məmmədov rəqibinə cəmi 20 saniyəyə nokautla qalib gəlib.

Döyüşçü açıqlamasında ona yenidən şans verdiyi üçün “Rizin” təşkilatına təşəkkür edib:

“Daha yaxşı mübarizə apararaq burada qalmaq istəyirəm. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir”.

Qeyd edək ki, bu gün Vüqar Kərəmov “Rizin 41”də yaponiyalı Yoşinori Horie ilə üz-üzə gələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir