Cəmiyyət

Hacıqabul və Ucarda küçələri zibilləyən şəxslər cəzalandırıldılar – FOTO

Sharing is caring!


Hacıqabul və Ucar rayonlarında ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Hacıqabul və Ucar Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı hər iki rayon ərazisində məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması və ətrafın zibillənməsi halları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə beş nəfər Hacıqabul rayon sakini və üç nəfər Ucar rayon sakini barəsində inzibati qaydada protokol tərtib olunub və onların hər biri məsuliyyətə cəlb olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir