Cəmiyyət

Azərbaycan-ABŞ yazıçısı Mehriban Əfəndinin romanı “Amazon”da bestseller oldu – FOTO

Sharing is caring!


Azərbaycan əsilli amerikalı yazıçı Mehriban Əfəndinin “I Sat Alone by the Gate” (“Darvazanın qarşısında tək oturdum”) debüt romanı “Orta Şərq ədəbiyyatı” və “Mühacirlər hekayələri” kateqoriyalarında satışa çıxdıqdan sonra ilk həftə ərzində “Amazon” platformasında bestseller olub.

Bu barədə Media.Az-a yazıçının özü məlumat verib.

Mehriban Əfəndi kitabı ictimaiyyətə təqdim etdiyi 20 günlük Amerika turunun başa çatdığını da bildirib.

Kitabın təqdimatı Kaliforniya, Texas, İllinoys, Kolumbiya dairəsi, Nyu-York və hətta Kanadanın Ontario ştatı kimi əyalətlərdə baş tutub.

Kitab turu ABŞ-dəki Azərbaycan ictimai təşkilatlarının dəstəyi ilə yazıçının özü tərəfindən təşkil olunub. Xüsusilə, Los-Ancelesdəki təqdimatı tam şəkildə “Nar və Zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi, həmyerlimiz Fəridə Buyuran təşkil edib.

Hyustonda Mehriban Əfəndini yaxın vaxtlara qədər ailəsi ilə birlikdə bu şəhərdə yaşadığı üçün xüsusi hərarətlə qarşılayıblar. Daha sonra yazıçı Çikaqoya uçub, sonra Toronto, Vaşinqton və nəhayət, Amerika mühacirlərinin simvolik mərkəzi olan Bruklinə səfər edib.

Bütün tədbirlərdə kitablar böyük müvəffəqiyyətlə satılıb.

Hazırda Mehriban xanım Bakıya qayıdıb və kitabı yerli kitab mağazaları şəbəkələrində yaymağı düşünür. Sentyabrda Bakıda kitabın təqdimatının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, yazıçı Mehriban Əfəndi ABŞ-də yaşayarkən son altı il ərzində sözügedən kitab üzərində işləyib. Debüt romanı çıxdıqda o, ailəsi ilə birlikdə Bakıya köçüb.

Əsər 20 il əvvəl ABŞ-yə mühacirət etmiş azərbaycanlı ailədən bəhs edir. Onun baş qəhrəmanı anası və kiçik qardaşı ilə ABŞ-yə köçən 18 yaşlı bakılı qızdır. Beləliklə, oxucu immiqrasiyanın nə olduğunu eyni reallığı yaşayan, lakin baş verənlərə bir qədər fərqli şəkildə yanaşan üç nəfərin nöqteyi-nəzərindən görür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir