Cəmiyyət

Pirallahıda qanunsuz tikintinin qarşısı alınıb – FOTO/VİDEO

Sharing is caring!

Pirallahıda tikilməkdə olan obyekt sökülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Pirallahı rayonunun “Qışlaq” deyilən ərazisində tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində, habelə müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir