Cəmiyyət

Salyanda Kürün səviyyəsi minimum həddən aşağı düşüb, nasosların fəaliyyəti dayanıb – FOTO

Sharing is caring!


Salyan rayonu ərazisində Kür çayında suyun səviyyəsi minimum həddən aşağı düşdüyündən əksər nasosların fəaliyyəti dayanıb.

“Report”un Aran bürosunun məlumatına görə, bu ərazidə suyun səviyyəsi son bir həftədə bir metrdən çox aşağı düşüb. Suyun azalması dayanıqlı və üzən su nasoslarının işləməsində ciddi çətinliklər yaradıb. Dayanıqlı su nasoslarının əksər boruları suyun səthindən yuxarıda qalıb. Üzən su nasoslarının məhsuldarlığı isə xeyli aşağı düşüb.

Fermerlərin sözlərinə görə, su qıtlığı yarandığından pambıq, yonca və digər sahələrinin suvarılmasında çətinliklər yaranıb.

Mütəxəssislərin fikrincə, qısa müddətdə Mingəçevir su anbarından Kür çayına buraxılan su artırılmaqla çayda suyun səviyyəsi tənzimlənməlidir. Əgər bu, öz həllini tapmazsa, Kür çayının aşağı axınında vəziyyət kritik həddə çata bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir