Cəmiyyət

Vitali Balasanyanın həbsinin səbəbi məlum olub

Sharing is caring!


Xankəndidəki qanunsuz rejimin “keçmiş təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın həbsinin səbəbi məlum olub.

Ermənistan mediasının məlumatına görə, bu barədə onun vəkili Rafael Martirosyan açıqlama verib.

Onun sözlərinə görə, Balasanyan “hakimiyyət nümayəndəsi”ni hədələdiyi üçün saxlanılıb.

“Balasanyan xidməti vəzifələrini yerinə yetirərkən xidməti orqanın nümayəndəsinə və ya onun yaxın qohumuna qarşı zorakılıq tətbiq etməklə hədələməkdə ittiham olunur. Həbsdən sonra ona bədən xəsarətləri yetirilib. Balasanyanla birlikdə onun oğlu, əmisi oğlu və qardaşı oğlu saxlanılıblar”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycanın Əsgəran qəsəbəsində “general” Vitali Balasanyan və onun oğlu Artur saxlanılıblar. Həbsdən əvvəl qondarma rejimin “milli təhlükəsizlik xidməti”nin “əməkdaşları” Balasanyanın mənzilində 40 dəqiqə axtarış aparıblar. Vitali Balasanyan külli miqdarda çirkli pulların yuyulmasında, oğlu isə 2021-ci ildə arıçılıq təsərrüfatı üçün götürdüyü 74,5 milyon dram (312,5 min manat) məbləğində “dövlət krediti”nin şərtlərini yerinə yetirməməklə “dövlət”ə ziyan vurmaqda ittiham olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir