Cəmiyyət

Hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır, biz o qədər də ayıracağıq

Sharing is caring!

Bildiyimiz kimi, iyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.Müşavirədə dövlətimizin başçısı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun bərpası istiqamətində atılan addımlar və Azərbaycan büdcəsinə artırılan üç milyarddan artıq vəsaitin bu istiqamətə və ordu quruculuğuna ayrılmasını xüsusi qeyd edib. Bu qeyd edilən hər iki mühüm sahə strateji baxımdan çox  əhəmiyyətlidir.Biri ərazilərin bərpa edilməsi, dağıdılmış, viran edilmiş Qarabağın cənnət məkana çevrilməsi, ikincisi isə müasir ordu quruculuğu ilə bağlıdır.Bu gün İşğaldan azad edilmiş ərazilərə sosial-iqtisadi həyatın geri qaytarılmasında özəl sahibkarlar əhəmiyyətli rol oynayır. Dövlət həmin ərazilərə yerli və xarici biznes nümayəndələrinin investisiya qoyması üçün əlverişli mühitin yaradılmasını prioritet istiqamətlərdən biri kimi götürüb.Qarabağ və Şərqi Zəngəzurda infrasturkturun böyük hissəsi artıq yaradılıb.Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz daha çox, yəni 3 milyard manat nəzərdə tutulub.Həmin ərazilərdə investisiya mühitinin qurulması üçün növbəti mərhələ sayılan fiziki infrastrukturun böyük hissəsi artıq qurulub. İşğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin olunub, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub. Nəqliyyat infrastukturu tam sürətlə bərpa olunmaqla, ölkənin digər şəhər və rayonlarının yol infrastukturu ilə birləşdirilir.Bütün bunlar öz növbəsində, həmin ərazilərin qısa zamanda sosial-iqtisadi inkişafına gətirib çıxarmaqla, ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin edəcək.

Son bir neçə ildə iqtisadi inkişaf göstəricilərinə görə dünyada lider mövqeyə çıxan Azərbaycan bir çox sahələrdə əldə etdiyi uğurlarla seçilən dövlətlər cərgəsində mövqelərini daha da möhkəmləndirməkdədir. Ölkəmiz ordu quruculuğu prosesində də kifayət qədər mühüm göstəricilərə nail olub.Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür.Cənab Prezidentin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Qətiyyətli Lider, müzəffər ordu və yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaradır.Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır.Ordu quruculuğu daimi prosesdir, hər gün yeni silahlar istehsal və müasir texnologiyalar tətbiq edilir.Azərbaycan Silahlı Qüvvələri döyüş əzminə, peşəkarlığına görə dünyada ilk 50 ordu arasında yer alır.İkinci Qarabağ müharibəsi başa çatandan sonra ordu quruculuğu istiqamətində çox ciddi addımlar atıldı.Vətən müharibəsindən sonra Azərbaycana riyakar münasibət bəsləyən, qısqanc yanaşan dövlətlər də artıq məcbur olaraq ölkəmizin ortaya qoyduğu mövqeyi ilə hesablaşırlar. Bu mövqe beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə, milli maraqlarına əsaslanır. Ölkəmizin milli maraqlarından bir addım geri çəkilməyəcəyini artıq dünyada qəbul edirlər. Öz ərazi bütövlüyünü, müstəqilliyini daim qorumaq üçün güclü orduya, müasir silahlara malikdir. Türkiyə, Pakistan və İsrail kimi müttəfiqləri olan Azərbaycanın yürütdüyü siyasətinə dünyanın bir çox ölkələri hörmətlə yanaşır. Bütün bunların hamısı Prezident İlham Əliyevin apardığı müdrik siyasətin nəticələridir.

Xalqımızın hər bir fərdi kimi mən də əminəm ki, cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq, həm regionda, həm də beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirəcəkdir.

Reyhanə Axundova,

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir