Cəmiyyət

Azərbaycanlı riyaziyyatçılar ABŞ-də qızıl medallar qazanıblar – FOTO

Sharing is caring!


Azərbaycanlı riyaziyyatçılar ABŞ-nin Nyu-York şəhərində, Kolumbiya Universitetində keçirilən Beynəlxalq Kopernikus Olimpiadasında 7 qızıl, 23 gümüş və 13 bürünc medal qazanıblar.

“Report”un ABŞ bürosu xəbər verir ki, “Global Olympic Center”in təşkilatçılığı ilə keçirilən beynəlxalq olimpiadanın qlobal mərhələsində ölkəmizi müxtəlif yaş qruplarında və müxtəlif məktəblərdən seçilmiş 60 istedadlı şagirddən ibarət komanda təmsil edib.

Olimpiadanın açılış mərasimində komandamızın üzvləri Azərbaycan dövlət himninin sədaları altında səhnəyə çıxıblar. Azərbaycanlı riyaziyyatçılar beynəlxalq turnirdə 22 ölkə ilə yarışıblar və ölkəmizin komandası 5 kateqoriya üzrə təmsil olunub.

Sonda olimpiada qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim çıxış edərək bütün iştirakçıları və Azərbaycan komandasını təbrik edib. Səfir gənc riyaziyyatçılara uğurlar arzulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir