İdman

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək

Sharing is caring!


Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, bununla da turnirin finalçıları müəyyənləşəcək.

İlk matçda İtaliyada “Fiorentina”ya 2:1 hesabı ilə qalib gələn “Bazel” İsveçrədəki görüşdə ən azı hazırkı üstünlüyünü qorumağa çalışacaq. “Sankt-Yakob Park” stadionunda oynanılacaq qarşılaşmanı ispaniyalı referi Xose Mariya Sançes idarə edəcək.

Yarımfinalın digər oyununda isə İngiltərə “Vest Hem”i Niderlandda “AZ Alkmaar”la münasibətlərinə aydınlıq gətirəcək. AFAS stadionundakı matçın baş hakimi slovakiyalı İvan Krujlyak olacaq. Komandalar arasında ilk oyunda London klubu 2:1 hesablı qələbə qazanıb.

UEFA Konfrans Liqası

Yarımfinal, cavab oyunları

18 may

23:00. “Bazel” (İsveçrə) – “Fiorentina” (İtaliya)

Baş hakim: Xose Mariya Sançes (İspaniya)

Bazel, “Sankt-Yakob Park” stadionu

İlk oyun – 2:1

23:00. “AZ Alkmaar” (Niderland) – “Vest Hem” (İngiltərə)

Baş hakim: İvan Krujlyak (Slovakiya)

Alkmaar, AFAS stadionu

İlk oyun – 1:2

Qeyd edək ki, turnirin final görüşü iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Fortuna Arena”da keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir