Cəmiyyət

İmişlidə avtomobil piyadanı vurdu

Sharing is caring!


İmişlidə avtomobil piyadanı vurub.

APA-nın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının İmişli şəhəri ərazisindən keçən hissəsində baş verib.

Beyləqan sakini, Polad Əli oğlu Nofərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qaradonlu kənd sakini, 1997-ci il təvəllüdlü Kamran Musayevi vurub. Piyada müxtəlif dərəcəli xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir