Cəmiyyət

DİN-in Mətbuat Xidmətinin rəisi vəzifəsinin icrası Elşad Hacıyevə tapşırılıb

Sharing is caring!


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsini Elşad Hacıyev icra edəcək.

Oxu.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri polis general-polkovniki Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir