Dünya

İsrail XİN rəhbəri: “İran İsraili məhv etməyə çalışır”

Sharing is caring!


“İran radikal HƏMAS hərəkatı və şiə “Hizbullah” qruplaşmasından istifadə edərək, İsraili məhv etməyə və bütün Yaxın Şərqi özünə tabe etməyə çalışır”.

Bu barədə İsrailin xarici işlər naziri Eli Koen “The Sunday Telegraph” qəzetində dərc olunan məqaləsində yazıb.

“İranın fanatik ayətullahlar rejimi HƏMAS-a hərbi, maliyyə və siyasi dəstək verir. İran rejimi özünün marionet “Hizbullah”ının köməyi ilə Livanda əlavə cəbhə açmağa çalışaraq müharibəni qızışdırır. Onların hamısı İsraili məhv etmək istəyirlər. Bu, onlara bütün Yaxın Şərqə nəzarəti ələ keçirməyə və aqressiv islam inqilabını Aralıq dənizinə, Avropaya və bütün dünyaya yaymağa imkan verəcək”, – Koen bildirib.

Nazir yazıb ki, “HƏMAS terrorunun qarşısı alınmazsa, İsrail xalqına qarşı törədilən təcavüzə bənzər təcavüz azad dünyanın digər ölkələrinə də keçəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir