Cəmiyyət

Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alındı

Sharing is caring!


Gəncə şəhərində qanunsuz tikinti işlərinin qarşısı alınıb.

“Report”un məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında komissiya üzvlərinin (Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi üzrə), FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.

Aparılan monitorinqlər zamanı müvafiq icazəverici sənədləri olmadan daha bir qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Edilən xəbərdarlıqlar nəticəsiz qaldığı üçün Şıxzamanlı qəsəbəsində qanunsuz inşa edilən obyektdə tikinti işləri dayandırılaraq söküntüsü təmin edilib.

Qeyd edilib ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir