İdman

AVRO-2024: VII turun daha iki oyunu keçirildi

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsində VII turun iki oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, C qrupunda yer alan Ukrayna Çexiyanın paytaxtı Praqada qəbul etdiyi Şimali Makedoniyanı məğlub edib – 2:0.

Qolları 30-cu dəqiqədə Georgi Sudakov və 90+5-ci dəqiqədə Aleksandr Karavayev vurublar.

Qələbə sayəsində xallarını 10-a çatdıran Ukrayna qrupda ikincidir. Komanda lider İngiltərədən üç xal geri qalır, üçüncü İtaliyadan isə eyni qədər öndədir. Lakin italyanlar iki, ingilislər bir oyun az keçiriblər.

H qrupunda Şimali İrlandiya öz meydanında San-Marinoya böyük hesabla qalib gəlib – 3:0.

Qolları Pol Smit, Coş Maqennis və Konor Makmenamin vurublar. Şimali İrlandiya hazırda altı xalla qrupda beşincidir. Sonuncu – altıncı olan San-Marinonun xalı yoxdur.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir