Cəmiyyət

Deputat: “Səhiyyə sahəsindəki əməkdaşlıq Azərbaycan və Türkiyə əhalisinin sağlamlığına dəstəkdir”

Sharing is caring!


“Səhiyyə sahəsindəki əməkdaşlıq Azərbaycan və Türkiyə əhalisinin sağlamlığına və insan kapitalımızın inkişafına dəstəkdir”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Ürək-damar xəstəliklərinin müasir aspektləri” adlı elmi-praktik konfransdakı çıxışı zamanı deyib.

O qeyd edib ki, “Bayraktar Sağlıq Turizm Şirkəti”nin Azərbaycana gəlməsi qardaşlığımıza daha bir dəstəkdir:

“Müharibədən sonra müzəffərliyimizin verdiyi güclə ölkədə yeni islahatlar həyata keçirilir. Sözsüz ki, sözügedən islahatlar tibb sahəsində də aparılır”.

“Bu baxımdan iki qardaş ölkənin səhiyyə sahəsində də birgə fəaliyyəti ölkələrimizin bu sahədəki inkişafına stimul verəcək”, – R.Mahmudov vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir