Cəmiyyət

Daha 180 hacı Azərbaycana döndü

Sharing is caring!


Azərbaycandan həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən 1440 zəvvarın daha bir qrupu bu gün Vətənə qayıdıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Modern.az-a bildirilib ki, Mədinə-Bakı marşrutu ilə hərəkət edən xüsusi təyyarə reysi 180 zəvvarı Azərbaycana gətirib.

Onları Heydər Əliyev adına Hava Limanında yaxınları qarşılayıblar. Zəvvarların sağlıq durumunda heç bir problem yoxdur.

Bildirilib ki, hacıların sonuncu qrupunun iyulun 11-də Bakıya qayıtması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə iyulun 5-də dönüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir