Cəmiyyət

Yasamalda yol vermək üstündə kütləvi dava – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Yasamal rayonunda kütləvi dava edənlərin kimliyi müəyyən olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, dava edənlər sürücü olublar:

“Həmin sürücülərin şəxsiyyəti müəyyən edilib. Barələrində inzibati protokol tərtib edilib və cərimələniblər”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Əsəd Əhmədov küçəsi 41 ünvanında iki maşın qarşı-qarşı gəlib. Sürücülər bir-birindən yolu keçmək üçün şərait yaradılmasını tələb ediblər. Nəticədə mübahisə baş verib və orada dava düşüb.

14:40

Daxili İşlər Nazirliyi Yasamal rayonunda baş verən kütləvi dava ilə bağlı yayılan görüntülərə münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki,  hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə şikayət və ya müraciət daxil olmayıb:

“Hazırda sosial şəbəkədə yayılan videogörüntülərlə bağlı şöbənin əməkdaşları tərəfindən araşdırmalar başlanılıb”.

Qeyd edək ki, kütləvi dava rayonun Əsəd Əhmədov küçəsi 41 ünvanında qeydə alınıb.

11:20

Yasamal rayonunda kütləvi dava baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Əsəd Əhmədov küçəsi 41-də qeydə alınıb.

Belə ki, bir qrup şəxs əlbəyaxa davaya çıxıb.

Xəsarət alanların olub-olmadığı məlum deyil.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir