Cəmiyyət

Pakistan və Azərbaycan qardaş xalqlardır

Sharing is caring!

        Pakistan İslam dünyasında əhalisi çox olan ikinci ölkədir. Əhalisinin sayı 200 milyondan çoxdur. Pakistan baş nazirinin bu səfəri göstərir ki, İslamabad Bakı ilə iqtisadi sahədə də münasibətlər qurmaq istəyir. Və tam razılıq hissi ilə qeyd etmək olar ki, Pakistanla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir.

        Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri zamanı   Prezident İlham Əliyevin mətbuata Bəyanatında qeyd olunur ki, bu səfər fonunda iki ölkə arasında həm ticarət dövriyyəsi artacaq, həm iqtisadi əlaqələrimiz güclənəcək, siyasi münasibətlərimiz yaxşılaşacaq, beynəlxalq aləmdə birgə fəaliyyət məsələsi gündəmə gələcək. Azərbaycanda birgə müəssisələrin yaradılması üçün hər cür şərait var. Pakistanda isə toxuculuq sənayesi güclü inkişaf edib. Ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərəcəyik. Biz bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq və məhsulların siyahısı üzərində işləyəcəyik ki, həmin siyahı bizim ticarət dövriyyəmizin artırılmasına xidmət edəcək.

       Prezident İlham Əliyevin Bəyanatında göstərilir ki, ölkələr arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq. Bu  səfər fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.

        Prezident deyib ki, istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində böyük perspektivlər var. Biz, eyni zamanda, razılığa gəldik ki, şəhərlərimiz arasında uçuşların sayını artıracağıq, xüsusilə də paytaxtlar arasında. Bu isə görüşümüzün, bu səfərin yaxşı nəticəsi olacaqdır.

         Görüş zamanı həmçinin bildirilmişdir ki, təhlükəsizlik aspektləri üzrə xətlərlə birgə hərbi təlimlərin sayının artırılması, müdafiə sənayesindəki əməkdaşlıq arasında sıx əlaqələri və güclü hərbi potensialı müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. Belə bir siyasət böyük zaman kəsiyində regional izlər buraxır. Pakistan ötən əsrdə Azərbaycanın ona etdiyi yaxşılığı itirmir. Azərbaycan müstəqillik qazanandan Pakistan ölkəmizin yanında olub, bu gün də belədir, inanıram ki, gələcəkdə də belə olacaq.

       Biz  tam inanırıq ki, bizim iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün böyük po­tensial var. Biz bazar imkanlarını araşdırmaqda və ikitərəfli ticarət həcmlərini artırmaqda maraqlıyıq.

Arif Nəcəfov,

Cəlilabad rayon Statistika İdarəsinin rəisi           

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir