Cəmiyyət

Avtobus sürücülərinin qanunsuz hərəkəti təhlükə saçır – VİDEO

Sharing is caring!


Küçə və prospektlərdə dayanacaqların önündə, yolun hərəkət hissəsi ilə səki arasında xüsusi nişanlanma xətləri mövcuddur.

Sərnişin avtobusları həmin sarı xətdə dayanmalıdır.

Lakin avtobus sürücüləri bu qaydaya əməl etmirlər. Bu da sərnişinlərin həyatı üçün birbaşa təhlükə yaradır.

Özəl daşıyıcı şirkətdən bildirilib ki, problemin səbəbi taksilərin dayanacaqları zəbt etməsi və insanların səkilərdə deyil, yolun hərəkət istiqamətində dayanmasıdır.

Baku TV-nin təqdim etdiyi görüntülər isə reallığın tamamilə başqa olduğunu göstərir.

Kadrlardan da görünür ki, avtobuslar onlar üçün nəzərdə tutulmuş yerlərdə dayanmır və insanların həyatını təhlükəyə atır.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir