Cəmiyyət

Dörd ayda vətəndaşlar ictimai iaşə obyektlərində nə qədər vəsait xərcləyib?

Sharing is caring!


2023-cü ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,9% artaraq 569,2 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edək ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,6%-i hüquqi şəxslərin, 49,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 29,6% artaraq 285,1 milyon manat təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir