Cəmiyyət

Sökülən yataqxanadan çıxmaq istəməyən məcburi köçkünlər etiraz edirlər – VİDEO

Sharing is caring!


Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsi 6 ünvanında yerləşən 17 saylı yataqxanada söküntü işləri aparılır.

Yataqxanada yaşayan məcburi köçkünlər isə buradan çıxmayacaqlarını deyilər və iddia edirlər ki, özəl tikinti şirkətlərindən biri onları aldadıb müqaviləyə imza atdırıb. 

Sakinlər onlara verilən kompensasiya məbləğinin fərqli olmasından narazıdırlar:

“Hamıya 17 min manat verəcəklərini dedikləri üçün razılaşdıq. Bizdən sonrakılara 45-50 min manat verdilər”.

Çəkiliş zamanı yataqxanaya gələn tikinti şirkətinin nümayəndəsi özünü təqdim etməsə də, sakinlərin ittihamlarının həqiqətəuyğun olmadığını qeyd edib:

“Hamı ilə razılaşdırılıb, müqavilə bağlanılıb və bütün sakinlərə eyni məbləğ ödənilib”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir