Cəmiyyət

Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edilib – YENİLƏNİB + FOTO

Sharing is caring!


Mayın 12-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Mahir oğlu Qarayev dəfn olunub.

Oxu.Az-ın məlumatına görə, o, Qəbələ şəhərində torpağa tapşırılıb.

Dəfn mərasimində qəhrəmanımızın döyüş yoldaşları, qohumları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:20

Mayın 12-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Mahir oğlu Qarayevin nəşi doğulduğu Qəbələ şəhərində yaşayan ailəsinə təhvil verilib.

Oxu.Az-ın məlumatına görə, hazırda şəhidimizlə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin döyüş yoldaşları, Müdafiə Nazirliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələri iştirak ediblər.

08:45

Mayın 12-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Mahir oğlu Qarayev Qəbələ şəhərinin sakini olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, o bu gün Qəbələ şəhərində dəfn olunacaq.

2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir