Cəmiyyət

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı: Xəsarət alanlar var – YENİLƏNİB

Sharing is caring!


Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olub.

“Report”un məlumatına görə, “QAZel” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. 

Hadisədə 8 nəfər xəstəxanaya müraciət edib. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 

Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.

20:29

Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində mikroavtobus aşıb.

“Report”un məlumatına görə, nəticədə 10-na yaxın şəxs xəsarət alıb.

Hazırda yaralılar xəstəxanaya aparılır.

Faktla bağlı araşdırma başlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir