Cəmiyyət

“Qırmızı Kitab”ın üçüncü nəşri tam hazırdır

Sharing is caring!


“Qırmızı Kitab”ın üçüncü nəşri tam hazırdır”.

Oxu.Az xəbər verir ki, bununla bağlı Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva məlumat verib.

Onun sözlərinə görə, kitabın təqdimatı mayın 22-si –  Biomüxtəlifliyin Qorunması Gününə planlaşdırılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə”yə uyğun olaraq “Qırmızı Kitab”ın hər 10 ildən bir nəşri nəzərdə tutulub. 1989-cu ildə nəşr olunan ilk “Qırmızı Kitab”a 140 flora və 108 fauna növü, 2013-cü ildə nəşr olunan ikinci kitaba isə 300 flora və 223 fauna növü daxil edilib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir