Dünya

Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketinə nələr daxildir?

Sharing is caring!

Avropa İttifaqı (Aİ) Şurası Aİ-nin Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “Twitter” səhifəsində yazıb.

Paketə qızıla qismən embarqo, 55 fiziki və hüquqi şəxsin qara siyahıya salınması və qadağan olunmuş ikili təyinatlı malların siyahısının genişləndirilməsi daxildir.

Eyni qərarla Rusiya Federasiyasına qarşı bütün mövcud sanksiyalar 2023-cü ilin yanvar ayının sonuna qədər uzadılıb.

“Üzv ölkələr Kremlə qarşı gücləndirilmiş və uzadılmış sanksiyalarımızı təsdiqləyiblər”, – deyə o yazıb.

Onlar yeni paketin bütün təfərrüatlarının təqdim olunacağı Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir