Cəmiyyət

TƏBİB rəsmisi: “Vaksin vaxtında vurulmalıdır”

Sharing is caring!


“Uşaqlar yuxarı yaşda vaksin vurulanda xəstəliyi ağır keçirirlər”.

Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Həkimin sözlərinə görə, vaksindən öncə müayinələr edilməlidir:

“Vaksin vaxtında vurulmalıdır. Vaksin xəstəlikdən qorunmağın ən doğru yoludur. TƏBİB-in tabeliyində olan bütün yerlərdə uşaqlar üçün peyvənd otaqları var. Vaksinlərin saxlanılması və tətbiqi üçün şərait yaradılıb. Mütəmadi olaraq yoxlanılır”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir