Cəmiyyət

Xaçmazda itkin düşən qardaşlar tapılıblar – YENİLƏNİB + FOTO

Sharing is caring!


Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Xatırladaq ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.

14:32

“Xaçmazda itkin düşən iki qardaşın tapılması üzrə axtarışlar davam edir”.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, məsələ ilə bağlı yayılan məlumatlar əsassızdır:

“Hazırda onların tapılması istiqamətində axtarışlar davam etdirilir”.

13:57

Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb.

Bunu “Report”un yerli bürosuna açıqlamasında məktəblilərin atası Tural Muradov bildirib.

“Övladlarım Nicat və Kənan aprelin 22-də günorta saatlarında internet vasitəsi ilə əlaqə saxlayaraq Xaçmaz şəhərinin mərkəzində olduqlarını bildirdilər”, – o söyləyib. 

11:08

Xaçmazda iki qardaş itkin düşüb.

İlkin məlumata görə, qardaşlar aprelin 19-da məktəbdən çıxıb və evə getməyiblər. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, itkin düşən iki qardaş barədə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat verilib:

“Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb. Eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar. Şəkildəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332) 5 53 56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir