Cəmiyyət

Əlibaba Məmmədovun məzarının üstü hələ də götürülməyib – VİDEO

Sharing is caring!


Xalq artisti Əlibaba Məmmədov ötən ilin fevralında dünyasını dəyişdi və Fəxri Xiyabanda torpağa tapşırılıb.

Xezerxeber.az xəbər verir ki, üzərindən 1 ildən çox vaxt keçib,  amma sənətkarın məzarının üstü  hələ də götürülməyib.

Xalq artistinin qızı Rəksanə Məmmədli deyir ki, atasının qəbir daşının hazırlanması üçün dövlət tərəfindən 16 min manat pul ayrılıb.

Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti də bu eskizi hazırlayaraq, onlara göstərib, lakin ailə ilə trest ortaq məxrəcə gələ bilməyib.

Hazırki vəziyyət xalq artistinin qızını çox narahat edir. Hətta, son olaraq  martın 29-u atası Əlibaba Məmmədovla bağlı Beynəlxalq Muğam Mərkəzində  təşkil olunan xatirə gecəsinə getməkdən imtina edib.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən bildirildi ki, bunun üçün  trestə 16 000 manat pul ayrılıb:

“Sənətkarın ailəsinə məlumat verilib, lakin ailə ödənilən məbləğlə razılaşmayıb”

Qurumun məlumatına görə, həmin vəsait digər məzar daşlarına da şamil olunur, yəni bu məsələdə heç bir ayrıseçkilikdən söhbət gedə bilməz.

Əlibaba Məmmədovun qızı Rəksanə Məmmədli razılaşdığı təqdirdə həmin məzar daşının qoyulması dərhal təmin olunacaq.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir