Dünya

Yaş salfetlərdən ibarət “ada” Temza çayının axarını dəyişib

Sharing is caring!

İstifadə olunmuş yaş salfetlərdən ibarət süni ada sayəsində Temza çayının axarı bir qədər dəyişib.

Ada iki tennis meydançası ölçüsündədir və bəzi yerlərdə onun qalınlığı bir metrə çatır.

Böyük Britaniya hakimiyyəti dəfələrlə sakinləri nəm salfetlərdən imtina etməyə çağırıb və hətta onları qadağan etmək istəyib.

İnsanlar bu gigiyena məhsulunu kanalizasiyaya atır. Lakin nəm salfetlər suda ərimir və sonda Temzada toplanır.

Ekoloqlar deyirlər ki, nəm salfetlər təkcə çayın özünə deyil, bütün su ekosisteminə zərər verir. Belə ki, onların tərkibində çoxlu plastik var.

Mənbə: knife.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir