Cəmiyyət

Şahbuz və Ordubadda yeni körpülər inşa edilir – FOTO

Sharing is caring!


Şahbuz rayonunun Qızıl Qışlaq kəndində yeni körpünün inşasına başlanılıb.

“Report” xəbər verir ki, müasir texnikalardan istifadə edilməklə inşa olunan körpünün uzunluğu 11 metr, eni isə 4 metr olacaq.

Hündürlüyü 5 metr olacaq yeni körpü ilə avtomobillər rahat hərəkət edə biləcəklər. Hazırda körpüdə beton və qəlib işləri görülür. Yeni körpünün istifadəyə verilməsi ilə gediş-gəlişdə yaşanan çətinliyə artıq son qoyulacaq.

Qeyd edək ki, Ordubad rayonunun bir neçə yaşayış məntəqəsində də sakinlərin gediş-gəlişini asanlaşdırmaq və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni körpülər inşa olunur. Belə ki, Ordubad şəhərinin Ambaras məhəlləsində salınan yeni körpünün uzunluğu 12, eni 5, hündürlüyü isə 7 metr olacaq. Hazırda körpülərdə işlər sürətlə davam etdirilir.

Rayonun Düylün kəndində də yeni körpünün inşası davam etdirilir. Körpünün uzunluğu 10, eni 4, hündürlüyü isə 5 metr olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir