Cəmiyyət

Kürdəmirdə “Qazel” TIR-la toqquşub, xəsarət alanlar var – FOTO

Sharing is caring!


Kürdəmir rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “QAZel” markalı nəqliyyat vasitəsi Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış DAF markalı TIR-ın arxa hissəsinə çırpılıb. Nəticədə “QAZel”də olan 3 nəfər ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar və həkim nəzarətinə götürülüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir