Cəmiyyət

Vüqar Muradov: “Əsgərlikdə olmasam da, Vətən müharibəsinə könüllü getdim” – VİDEO

Sharing is caring!


Müğənni Vüqar Muradov hərbi xidmətə getmədiyi halda İkinci Qarabağ müharibəsinə könüllü getdiyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu verilişlərin birində deyib.

“İkinci Vətən müharibəsi başlayanda 37 yaşım vardı. Mənim yaşım düşmürdü, çünki o yaşda hərbiyə çağırış yox idi. Amma mən qaçıb getdim cəbhəyə. Zamanında orqanizmimdə olan problemlər – ayağımın altının düz və mədəmdə xora olması səbəbilə məni əsgərliyə aparmamışdılar. Halbuki, əsgər olmaq böyük arzum idi. Əsgərlik də keçməmişdim. Arxa cəbhədə, Beyləqan, Füzuli, Ağcabədi tərəfdə əsgərlərə kömək etmək istəyirdim. ATV-də verilişlərin birində çıxış etdim və oradan birbaşa müharibəyə getdim”, – deyə Vüqar vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir