Cəmiyyət

İki il əvvəl anasını itirən 3 yaşlı körpə odun peçində yanıb – FOTO

Sharing is caring!


2020-ci il təvəllüdlü Kərimov Nihad Vüsal oğlu ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun analığı Şərifova Tənzilə Bəhram qızı məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

Belə ki, 3 yaşlı övladlığı Nihad serebral iflicdən əziyyət çəkir:

“Nihad yeriyə və danışa bilmir. O, 15 gün əvvəl oturduğu yerdə müvazinətini itirərək odun peçinin üzərinə düşüb. Ağır yanıq xəsarətləri alıb. Hadisədən sonra Nihadı Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. İmkanımız çatmadığı üçün müalicəni yarımçıq dayandırıb xəstəxanadan çıxmaq məcburiyyətində qaldıq. Biz Ucarda yaşayırıq. Nihad çox əziyyət çəkir. Danışa bilmir deyə ağrıdığını da deyə bilmir. Bütün günü ağlayır. Qeyd edim ki, iki il əvvəl anasını xərçəng xəstəliyindən itirib. Nihadın müalicəsinə maddi durumumuz imkan vermir. Bizə bu müalicə üçün 800 manat pul lazımdır. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Əlaqə nömrəsi: 055 365 92 28

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir